Kriminal
Zaqatalalı Rusiyada bədbəxt hadisə nəticəsində öldü
Zaqatalalı yeniyetmə Rusiyada bədbəxt hadisə nəticəsində ölüb.
Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə Rusiya Fedarasiyası Krasnoyarsk diyarının Norilsk şəhərində baş verib. Əslən Zaqatalanın Əliabad qəsəbəsindən olan 15 yaşlı Emil Rauli oğlu Ramazanov yaşadığı ünvanda elektrik cərəyanı vurması səbəbindən həyatını itirib.
E.Ramazanovun nəşi yaxın günlərdə Zaqatalanın Əliabad qəsəbəsinə gətirilərək dəfn olunacaq.
Mənbə
axar.az