Kriminal
Ağstafada parkda qətl: 34 yaşlı kişi öldürüldü
Ağstafa rayonunda qətl hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə rayon ərazisindəki parkda qeydə alınıb. Rayon sakini, 1992-ci il təvəllüdlü Rəşad İsmayılov həmyerlisi, 1993-cü il təvəllüdlü Sabir Şükürov arasında mübahisə baş verib. Mübahisə zamanı S.Şükürov özü ilə gətirdiyi bıçaqla R.İsmayılovu qətlə yetirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən S.Şükürov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az