Dünya
Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı AÇIQLAMA - FOTO
Məşhur türkiyəli müğənni Mustafa Sandal Türkiyədə maliyyə fondları böhranı ilə bağlı qalmaqallı məsələlərdə özünün və həyat yoldaşı Melis Sandalın adlarının hallanmasına münasibət bildirib. Oxu.Az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə müğənni öz sosial şəbəkə hesabında paylaşım edib. "Əziz dostlar, mənim alnım açıqdır! Bu günə qədər hər hansı fond əldə etmək, satmaq və ya belə bir təşkilata daxil olmaq kimi bir hal əsla olmayıb. Xalqımızın bu məsələdəki həssaslığına hörmətlə yanaşıram və eyni hissləri yaşayıram. 32 ildir yeganə gəlirim sizlərin təqdiri ilə musiqidir. Həyat yoldaşım və vəkili məsələ ilə bağlı lazımi açıqlamalar veriblər", - deyə Mustafa Sandal bildirib.
Qeyd edək ki, Sermaye Bazarları Şurasının (SPK) yeddi şirkətə məxsus 131 fondun ləğvi barədə qərar verməsinə səbəb olan "fond böhranı" ilə bağlı yeni şəxslərin milyardlarla lirəlik əməliyyatları gündəmə gəlib. Son olaraq müğənni Mustafa Sandalın həyat yoldaşı, birjaçı Cihan Sütşurupun qızı Melis Sütşurup Sandalın ləğv edilən fondlardan üç ay ərzində 11 milyard lirə çıxardığı iddia edilib.

Mənbə
oxu.az