Siyasət

Rəcəp Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi

28 Sep 2026, 11:01 4 baxış
Rəcəp Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi
Sentyabrın 27-də axşam radələrində Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Türkiyə Prezidenti Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirib. Dövlətimizin başçısı telefon zənginə görə Türkiyə Prezidentinə təşəkkür edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər