Digər
Qida və qeyri-qida sahələrində innovativ yeniliklər
Mərkəzin istifadəyə verdiyi e-reyestr.az platforması qeyri-qida və xüsusilə qida sektorunda (restoran, kafe, market, keytrinq, otel, uşaq bağçalarında fəaliyyət göstərən qida blokları və s.) fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün nəzarət orqanları tərəfindən müəyyən edilmiş icbari normativ və uyğunluq tələblərinin (HACCP, izlənilmə və s.), habelə könüllü tətbiq olunan beynəlxalq idarəetmə standartlarının (ISO 9001, İSO 22000, ISO 14001 və s.) icrasını vahid rəqəmsal mərkəzdə toplayır. "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 16.2 və 19.3-cü maddələri qida subyektlərindən HACCP-ə əsaslanan prosedurların tətbiqini və daxili nəzarət sisteminin təşkilini tələb edir. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş 2027-2032-ci illər üzrə Dövlət Proqramı qida müəssisələrinin 80 faizində HACCP sisteminin tətbiqini hədəf kimi müəyyən edib. Sənəddə ölkədə rəqəmsal izlənilmə sistemlərinin məhdud tətbiq olunduğu da göstərilib. Eyni sənədə əsasən, təsdiqini tapmış qida zəhərlənməsi hallarının sayı 2019-cu illə müqayisədə 2025-ci ildə 75 faiz azalıb. Məhz bu tələblərin icrasında sahibkara praktiki dəstək göstərmək məqsədilə e-reyestr.az platforması istifadəyə verilib. Mərkəz platformaya qoşulan sahibkarlıq subyektlərinə sistemin qurulması, konfiqurasiyası və işçi heyətinin istifadə üzrə təlimi istiqamətində dəstək göstərir. Mərkəz sahibkarlıq subyektlərinə tövsiyə edir ki, normativ tələblər barədə rəsmi məlumatı və bu sahə üzrə məsləhət xidmətlərini yalnız aidiyyəti dövlət qurumlarından - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən, səhiyyə orqanlarından və digər səlahiyyətli qurumlardan əldə etsinlər və onların xidmətlərindən yararlansınlar. Mərkəzin fəaliyyəti müəyyən edilmiş tələblərin icrasının vahid rəqəmsal mühitə keçirməkdir. Sahibkarlıq subyektlərinin rəqəmsallaşmaya keçidini dəstəkləmək məqsədilə bu xidmət təmənnasız əsasda, ödənişsiz həyata keçirilir. "Qida təhlükəsizliyi bir qurumun deyil, bütün zəncirin işidir. Hər müəssisə öz prosesinin sahibidir. Bu mədəniyyət möhkəmləndikcə istehlakçının müəssisəyə etibarı da güclənir", - deyə SESNM İdarə Heyətinin Sədri Ziyabəddin Hüseynov qeyd edib. Mərkəz qida və qeyri-qida sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərini sistemə ödənişsiz olduğuna görə, müraciətlərin çoxluğunu nəzərə alaraq platformaya qısa zamanda qoşulmağı məsləhət görür. Ətraflı məlumat www.sesnm.az · e-reyestr.az +994 10 112 20 01 · [email protected] Neftçilər küç. 24, Dalğa Plaza, Bakı
Mənbə
oxu.az