Kriminal

Lənkəranda eyni həyətdə üçüncü dəfə yanğın baş verdi - FOTO

28 Sep 2026, 01:30 3 baxış
Lənkəranda eyni həyətdə üçüncü dəfə yanğın baş verdi - FOTO
Lənkəranda eyni həyətdə üçüncü dəfə yanğın baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Şağlaser kəndində qeydə alınıb. Elçin Əliyevə məxsus tövlədə yanğın başlayıb. Ev sahibinin sözlərinə görə, tövlədə 7 min bağlama ot, həmçinin toyuq-cücələr və ördəklər olub. "Bir dəfə evimi yandırdılar, indi də ikinci dəfə tövləmi yandırıblar. Bunu kimin və nə üçün etdiyini bilmirəm", - deyə Elçin Əliyev bildirib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın lokallaşdırılıb. Alovun tam söndürülməsi və digər tikililərə keçməsinin qarşısının alınması istiqamətində işlər davam etdirilir. Yanğının qəsdən törədilib-törədilmədiyi, eləcə də hadisənin başvermə səbəbi araşdırılır.
{{gallery}}
Lənkəranda eyni həyətdə üçüncü dəfə yanğın baş verdi - FOTO Lənkəranda eyni həyətdə üçüncü dəfə yanğın baş verdi - FOTO Lənkəranda eyni həyətdə üçüncü dəfə yanğın baş verdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər