Cəmiyyət
Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE
Prezident İlham Əliyevin Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayevə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. Oxu.Az Sənan Paşayevin dosyesini təqdim edir: O, Prezident İlham Əliyevin 23 may 2023-cü il sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının prokuroru təyin olunub. 30 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin əmri ilə Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsinə təyin edilib. O, bu postda sabiq sədr Vasif Talıbovun oğlu Məhərrəm Talıbovu əvəz etmişdi. S.Paşayev daha əvvəl Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini olub. Prokuror prezident tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Mənbə
oxu.az