İqtisadiyyat

Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO

28 Sep 2026, 10:49 1 baxış
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
27 sentyabr - Anım Günü ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Respublika Qan Bankı, "Marsol Group" və "Məlhəm Beynəlxalq Hospital"ın tərəfdaşlığı ilə könüllü qanvermə aksiyası keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb. "Bir damla qan, min ümidə can" devizi ilə təşkil olunmuş aksiya 23-25 sentyabr tarixlərində Bakı şəhəri üzrə "Bakı KOB evi", Respublika Qan Bankı və "Məlhəm Beynəlxalq Hospital"ında, eləcə də Lənkəran, Şəki və Quba rayonlarında keçirilib. Tədbirə qoşulan sahibkarlar və şirkət əməkdaşları, o cümlədən KOBİA, İCMA və "Marsol Group"un nümayəndələri qan veriblər. Artıq üçüncü dəfədir ki, keçirilən aksiyada Bakı şəhəri və regionlar daxil olmaqla 800-dən çox şəxs iştirak edib. Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
{{gallery}}
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər