Kriminal
Qaxda evdə dava: Ata oğlunu bıçaqladı
Qax rayonunda ata oğlunu bıçaqlayıb. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qaxbaş kəndi ərazisində baş verib. Kənd sakini, 1970-ci il təvəllüdlü İmran Fərəcov (ad və soyad şərtidir) evində olarkən oğlu ilə əlaqə saxlayıb. Oğlu ona kənd ərazisindəki kafedə pivə içdiyini bildirib. Bir müddətdən sonra oğlu kafedən çıxarkən dostlarından biri onu evinə qonaq dəvət edib. O, dəvəti qəbul edərək dostugilə gedib və atası ilə əlaqə saxlayaraq, dostunun evində qonaqlıqda olduğunu bildirib. İmran Fərəcov oğlunun ardınca həmin ünvana gedib və həmin evdə məclis qurulduğunu görüb. Ev sahibinin dəvəti ilə İmran da onlarla əyləşib yeyib-içiblər. Məclis bitəndən sonra ata-oğul evlərinə qayıdıblar. Evdə İmran oğluna işləməməsini irad tutub və nəticədə ata-oğul arasında mübahisə yaranıb. Mübahisə nəticəsində İ.Fərəcov oğlunu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə İ.Fərəcov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə İ.Fərəcov 3 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, İ.Fərəcova 2 il sınaq müddəti tətbiq edilib və cəzası şərti hesab olunub.
Mənbə
oxu.az