"Port Baku"da güclü yanğın oldu - Video
19:26
"Port Baku"da yanğın baş verib.
Axar.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Yanğın binada yerləşən mənzillərdən birində qeydə alınıb. Hazırda yanğının söndürülməsi istiqamətində tədbir görülür.
***
Səbail rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğının qarşısı alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin və yaşayış binasının texniki heyətinin operativ müdaxiləsi sayəsində çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Xəsarət alan olmayıb.