Kriminal

Ağcabədidə itkin düşən şəxsin avtomobili su kanalında tapıldı

31 Jul 2026, 10:28 24 baxış
Ağcabədidə itkin düşən şəxsin avtomobili su kanalında tapıldı
Ağcabədidə kişi itkin düşüb. Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Laçın rayonu, Yığın kənd sakini Adil Əsəd oğlu Əsədov iyulun 25-də itkin düşüb. Faktla bağlı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ona məxsus "Mercedes-Benz" markalı avtomobil iyulun 30-da Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu Qaradolaq kəndi ərazisindən keçən hissəsində aşkar edilib. Hazırda faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər