Kriminal

Ucarda ağır qəza: Ölənlər və xəsarət alanlar var

31 Jul 2026, 01:52 3 baxış
Ucarda ağır qəza: Ölənlər və xəsarət alanlar var
Ucarda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərdən biri də dünyasını dəyişib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, bununla da qəza nəticəsində ölənlərin sayı ikiyə çatıb. Ölənlərdən biri piyada, digəri isə minik avtomobilində olan sərnişindir. Hadisə zamanı daha bir piyada və bir sərnişin xəsarət alıb. Ucarda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, qəza Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan yük avtomobili ilə minik avtomobili toqquşub. Toqquşmadan sonra idarəetməni itirən avtomobillər yol kənarında dayanan iki piyadanı vurub. İlkin məlumata görə, piyadalardan biri hadisə yerində həyatını itirib. Digər piyada və minik avtomobilində olan sərnişin ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər