Kriminal

Daha bir nəfər batdı: Kanalda axtarış aparılır

30 Jul 2026, 18:27 4 baxış
Daha bir nəfər batdı: Kanalda axtarış aparılır

Ağcabədi rayonunun Avşar kəndindən keçən Qarabağ suvarma kanalında bir nəfərin batması ilə bağlı məlumat daxil olub.


Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.


Qeyd olunub ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.


Hazırda 1980-ci il təvəllüdlü Əsədov Adil Əsəd oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər