Siyasət

Biz alternativlər yaradırıq, Moskvada isə deyirlər ki...

30 Jul 2026, 14:55 22 baxış
Biz alternativlər yaradırıq, Moskvada isə deyirlər ki...

Rusiyada Ermənistan-Rusiya münasibətlərini ya eksklüziv görürlər, ya da heç görmürlər, amma Ermənistanın yanaşması fərqlidir.


Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.


Onun sözlərinə görə, Ermənistan əvvəllər olmayan alternativlər yaratmaq qərarına gəlib. Bu, təkcə iqtisadi sahəyə deyil, həm də siyasi sahəyə aiddir:


“Problem ondadır ki, Ermənistan Çin, Fransa, ABŞ, Böyük Britaniya, Niderland və digər ölkələrlə strateji tərəfdaşlıq sənədləri imzalayıb. Bundan əvvəl Ermənistanın bu qədər tərəfdaşla belə münasibətləri yox idi və ola da bilməzdi. Problem də budur. Rusiya problemi məhz bunda görür: “Ya münasibətlər eksklüzivdir, ya da heç bir münasibət olmamalıdır”. Lakin Ermənistan bu yanaşmanı rədd edir. Biz deyirik ki, münasibətlər eksklüziv deyil, amma mövcud olmalıdır. Bu, qanuni yanaşmadır”.

Mənbə axar.az

Oxşar Xəbərlər