Siyasət
Davudoğludan gözlənilməz qərar: Həm özü, həm də partiyası...
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu siyasi fəaliyyətini dayandırdığını bəyan edib.
Axar.az xəbər verir ki, o, həmçinin Gələcək Partiyasının da siyasi fəaliyyətini sonlandırdığı barədə qərar verdiyini bildirib.
"Çirklənmiş siyasi mühitin bir parçası olmamaq məqsədilə partiya siyasətindən geri çəkilmək və Gələcək Partiyasının siyasi fəaliyyətinə son vermək qərarı vermişik”, - Ə.Davudoğlu söyləyib.
O əlavə edib ki, bu qərar uzunmüddətli məsləhətləşmələr və müzakirələrdən sonra qəbul olunub.
Mənbə
axar.az