Siyasət

Azərbaycanın Serbiyada yeni səfiri təyin olunub

29 Jul 2026, 20:10 24 baxış
Azərbaycanın Serbiyada yeni səfiri təyin olunub
Tahir Tofiq oğlu Tağızadə Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Oxu.Az President.az-a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Tahir Tağızadə Azərbaycanın Serbiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Xatırladaq ki, T.Tağızadə 2021-ci il iyulun 23-də Azərbaycanın Macarıstanda səfiri təyin olunmuşdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər