Siyasət

Sun Cun: "Azərbaycan regionun sabitliyinin möhkəmləndirilməsinə dəyərli töhfələr verib"

28 Jul 2026, 20:00 2 baxış
Sun Cun: "Azərbaycan regionun sabitliyinin möhkəmləndirilməsinə dəyərli töhfələr verib"
"Çin ilə Azərbaycan arasında qarşılıqlı hörmət və qarşılıqlı fayda prinsiplərinə əsaslanan möhkəm və daim inkişaf edən tərəfdaşlıq münasibətləri mövcuddur". Oxu.Az xəbər verir ki, bu sözləri Çin Xalq Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi Sun Cun deyib. O bildirib ki, hərbi sahədə mübadilə və əməkdaşlıq ikitərəfli münasibətlərimizin mühüm tərkib hissəsini təşkil edir: "İllər ərzində silahlı qüvvələrimiz yüksəksəviyyəli səfərlər, peşəkar dialoq, hərbi qulluqçuların hazırlığı və ortaq maraq doğuran sahələrdə əməkdaşlıq vasitəsilə dostluq əlaqələrini davamlı şəkildə inkişaf etdirib. Bu mübadilələr qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə xidmət etmiş və gələcək əməkdaşlığın inkişafı üçün etibarlı zəmin yaradıb". "Çin Azərbaycanın regional əlaqəliliyin təşviqi və beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində fəal rolunu yüksək qiymətləndirir. Avropa ilə Asiyanın qovşağında yerləşən mühüm ölkə kimi Azərbaycan regionun inkişafına və sabitliyinin möhkəmləndirilməsinə dəyərli töhfələr verib. Əməkdaşlığımızı daha da dərinləşdirmək, regionda və onun hüdudlarından kənarda sülh və rifahın möhkəmlənməsinə yeni töhfələr vermək naminə birgə fəaliyyətimizi davam etdirməyə ümid edirik", - attaşe deyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər