Siyasət
Prezidentdən Tacikistandakı səfirlə bağlı SƏRƏNCAM
Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Qəvvam oğlu Əskərov geri çağırılıb. Oxu.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Əlimirzamin Əskərov 2021-ci ilin 16 iyul tarixində bu vəzifəyə təyin edilmişdi. Prezidentin digər sərəncamı ilə Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Mənbə
oxu.az