Siyasət

ABŞ-İran qarşıdurmasında YENİ MƏRHƏLƏ: Hərbi fasilə diplomatik imkanlar yaradır?

27 Jul 2026, 14:12 3 baxış
ABŞ-İran qarşıdurmasında YENİ MƏRHƏLƏ: Hərbi fasilə diplomatik imkanlar yaradır?
ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni hərbi zərbələrin dayandırılması barədə göstəriş verdiyinə dair məlumat Vaşinqton-Tehran xəttində yeni mərhələnin başlaya biləcəyi ilə bağlı müzakirələri gücləndirib. Xəbərin məzmunu ABŞ Administrasiyasının hərbi təzyiqlə diplomatik manevr arasında balans yaratmağa çalışdığı təəssüratı yaradır. Qeyd edilib ki, son iki həftə ərzində hər gün İrana qarşı təqdim olunan əməliyyat planlarını təsdiqləyən Donald Tramp cümə günü növbəti hücum planını imzalamayıb və zərbələrin dayandırılması göstərişini verib. Bu addım bir tərəfdən hərbi kampaniyanın müəyyən nəticələr verdiyinə dair qənaətlə, digər tərəfdən isə diplomatik kanalların açıq saxlanılması məqsədi ilə əlaqələndirilir. Düzdür, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn bildirib ki, İrana qarşı genişmiqyaslı əməliyyatlar yenidən başlaya bilər. Habelə o, bəyan edib ki, bu halda ABŞ-nin raketdən müdafiə sistemləri üçün mövcud ehtiyatları təhlükəli dərəcədə azalacağı iddiası Tramp tərəfindən təkzib edilib və İrana qarşı sarsıdıcı zərbə vurulduğunu, Birləşmiş Ştatların böyük fərqlə üstün olduğunu bildirib.
Lakin Vaşinqtondan gələn bu siqnaldan dərhal sonra İranın xarici işlər naziri Abbas Əraqçının verdiyi açıqlamalar da diqqət çəkib. O bildirib ki, Tehran region ölkələrini düşmən hesab etmir və İranın hərbi addımları yalnız ABŞ-yə qarşı yönəlib. Nazir həmçinin münaqişədən sonra qonşu dövlətlərlə etimadın bərpası və dialoqun davam etdirilməsinin Tehranın prioritetlərindən biri olduğunu vurğulayıb. Bu bəyanat region ölkələrinə ünvanlanmış siyasi mesaj kimi qiymətləndirilə bilər. Tehran xüsusilə Körfəz ölkələrinin ABŞ ilə təhlükəsizlik əməkdaşlığı fonunda münasibətlərin tamamilə pozulmamasına çalışır. İranın məqsədi mümkün regional təcridin qarşısını almaq və diplomatik əlaqələri qorumaqdır. Yəni hər iki tərəfdən oxşar açıqlamalar hərbi fasilə ilə diplomatik imkanlar arasında paralellik yaradır.
Hazırkı mərhələdə ABŞ və İran arasında genişmiqyaslı siyasi razılaşmanın əldə olunacağını söyləmək də hələ tezdir. Tərəflərin nüvə proqramı, regional təhlükəsizlik, sanksiyalar və ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğu kimi fundamental fikir ayrılıqları qalmaqda davam edir. Lakin hərbi əməliyyatların müvəqqəti dayandırılması və Tehranın dialoq mesajları yaxın perspektivdə dolayı danışıqların aktivləşməsi ehtimalını artırır. ABŞ üçün əsas məqsəd gərginliyin nəzarətdən çıxmasının qarşısını almaqdır. İran isə iqtisadi sanksiyalar fonunda beynəlxalq təzyiqin daha da sərtləşməsini istəmir. Bu səbəbdən yaxın aylarda vasitəçi ölkələrin iştirakı ilə məhdud səviyyədə də olsa, diplomatik təmasların intensivləşməsi mümkündür. Bununla belə, hər iki tərəfin hərbi hazırlıq vəziyyətini saxlaması göstərir ki, proses hələ də olduqca kövrəkdir və istənilən insident gərginliyi yenidən artırmağa qadirdir. Yəni mövcud vəziyyət onu göstərir ki, ABŞ və İran arasında münasibətlərdə tam normallaşmadan danışmaq mümkün olmasa da hərbi eskalasiyanın müvəqqəti dayandırılması və qarşılıqlı diplomatik siqnallar tərəflərin nəzarətsiz münaqişədən yayınmağa çalışdığını göstərir. Əgər bu proses davamlı siyasi dialoqla müşayiət olunarsa, regionda gərginliyin müəyyən qədər azalması mümkündür. Əks halda isə hazırkı fasilə yalnız taktiki xarakter daşıyacaq və tərəflər arasında qarşıdurma yenidən aktiv fazaya keçə bilər.
ABŞ-İran qarşıdurmasında YENİ MƏRHƏLƏ: Hərbi fasilə diplomatik imkanlar yaradır? ABŞ-İran qarşıdurmasında YENİ MƏRHƏLƏ: Hərbi fasilə diplomatik imkanlar yaradır? ABŞ-İran qarşıdurmasında YENİ MƏRHƏLƏ: Hərbi fasilə diplomatik imkanlar yaradır? ABŞ-İran qarşıdurmasında YENİ MƏRHƏLƏ: Hərbi fasilə diplomatik imkanlar yaradır?
Mənbə oxu.az

Oxşar Xəbərlər