Siyasət

Əli Əsədov Məhəmməd Mustafa ilə görüşüb - FOTO

16 Jul 2026, 12:33 2 baxış
Əli Əsədov Məhəmməd Mustafa ilə görüşüb - FOTO
Baş nazir Əli Əsədov iyulun 16-da ölkəmizdə rəsmi səfərdə olan Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə Azərbaycan ilə Fələstin arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub, beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Azərbaycanın Fələstin məsələsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllini dəstəklədiyi bir daha diqqətə çatdırılıb. Azərbaycanın Fələstin dövlətinə və xalqına ardıcıl siyasi dəstəyinə, humanitar yardımlarına, həmçinin təhsil və digər sahələrdə həyata keçirilən təşəbbüslərə görə minnətdarlıq ifadə olunub. Görüş zamanı Azərbaycan ilə Fələstin arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.
{{gallery}}
Əli Əsədov Məhəmməd Mustafa ilə görüşüb - FOTO Əli Əsədov Məhəmməd Mustafa ilə görüşüb - FOTO Əli Əsədov Məhəmməd Mustafa ilə görüşüb - FOTO Əli Əsədov Məhəmməd Mustafa ilə görüşüb - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər