Siyasət

Pelleqrininin Azərbaycana səfəri başa çatdı

15 Jul 2026, 18:33 2 baxış
Pelleqrininin Azərbaycana səfəri başa çatdı

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Azərbaycan Respublikasına rəsmi səfəri iyulun 15-də başa çatıb.


Axar.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Slovakiya Prezidenti Peter Pelleqrinini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.

Mənbə axar.az

Oxşar Xəbərlər