Siyasət
ABŞ və İran arasında Hörmüz böhranı dərinləşir: Qlobal ticarətə qorxunc təhdid
"Hörmüz boğazının taleyi hazırda ABŞ-İran qarşıdurmasında ən həssas məsələlərdən biridir. Tərəflərin açıqlamalarında müşahidə olunan ziddiyyətlər, yəni İranın Hörmüz üzərində nəzarət imkanlarını vurğulaması, ABŞ rəhbərliyinin isə strateji su yolunda üstün mövqeyə malik olduğunu bildirməsi qarşıdurmanı xeyli dərinləşdirib". Bu fikirləri Oxu.Az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib. O bildirib ki, ABŞ və İran arasında imzalanmış memorandumun müddəaları məsələyə daha fərqli prizmadan baxmağa imkan verir:
"Məlumdur ki, memorandumun 5-ci bəndi birbaşa Hörmüz məsələsinə həsr olunub. Burada İranın Fars körfəzindən Oman dənizinə və əks istiqamətdə ticarət gəmilərinin təhlükəsiz və maneəsiz keçidini təmin etmək üçün öhdəliyi qeyd olunub. Sənədə əsasən, gəmi hərəkətinin bərpası dərhal başlamalı, texniki və hərbi maneələrin, o cümlədən mina təhlükəsinin aradan qaldırılması ilə proses 30 gün ərzində tam həyata keçirilməlidir. Bu müddəalar göstərir ki, mümkün razılaşma modeli Hörmüz üzərində birtərəfli nəzarət prinsipinə deyil, təhlükəsiz naviqasiya və beynəlxalq hüquqa əsaslanan idarəetmə mexanizminə söykənməlidir. Burada İranın rolu ondan ibarətdir ki, boğazda təhlükəsiz keçidi təmin edən aktor kimi çıxış edir. Eyni zamanda sənəd İranın Hörmüzün gələcək idarəçiliyi və dəniz xidmətləri ilə bağlı Oman Sultanlığı və digər sahilyanı dövlətlərlə məsləhətləşmələr aparmasını nəzərdə tutur. Bu isə məsələnin yalnız İranın daxili səlahiyyəti kimi deyil, regional əməkdaşlıq formatında həll edilməsinə işarədir". Politoloqun sözlərinə görə, ABŞ və İranın "nəzarət" anlayışına fərqli yanaşdığı görünür: "İran coğrafi mövqeyinə və sahilyanı dövlət statusuna əsaslanaraq Hörmüzdə əsas rolun ona məxsus olduğunu düşünür. ABŞ isə beynəlxalq ticarət yollarının təhlükəsizliyini və naviqasiya azadlığını əsas prioritet kimi təqdim edir. Problem də məhz elə bu fərqli yanaşmadan qaynaqlanır. Hörmüzü özünün əsas təsir vasitəsi hesab edən İran nəyin bahasına olursa olsun boğaz üzərində nəzarət imkanlarının tanınmasını istəyir və bu məqsədlə də özünün nəzarətindən kənar istənilən gəmini hədəfə alır. ABŞ isə buna dərhal reaksiya verərək ağır zərbələr endirməklə bu hüququ heç bir halda tanımayacağını ortaya qoyur. Yəni başqa sözlə Vaşinqton İranın əlindən Hörmüz kimi bir təzyiq vasitəsini almaq üçün hərəkət edir, Tehran isə xarici təzyiqlər qarşısında geri çəkilməməklə daxili və regional mövqelərini qorumağa çalışır. Ümumiyyətlə isə Hörmüzün bağlanması və ya hərbi qarşıdurma zonasına çevrilməsi nə İranın, nə də ABŞ-nin strateji maraqlarına tam uyğun deyil. İran enerji ixracı və iqtisadi əlaqələr baxımından bu marşrutdan asılıdır. Birləşmiş Ştatlar isə qlobal enerji bazarlarında sabitliyin pozulmasının və müttəfiqlərinin təhlükəsizlik risklərinin artmasının qarşısını almağa çalışır". Onun sözlərinə görə, Trampın Hörmüzə nəzarət edən adalara quru qoşunları çıxara biləcəyinə dair bəyanatlar o qədər də real görünmür: "Çünki bu, nəticəsi proqnozlaşdırıla bilinməyən hadisələrə səbəb ola bilər. Düşünürəm ki, ABŞ prosesi məhdud hava zərbələri, dəniz blokadası, kiber əməliyyatlar və strateji obyektlərə təzyiqin artırılması ilə davam etdirəcək. Əslində İran daxilində körpülərin, dəmir yollarının, limanların və bir sıra magistral xətlərin zərbə altına alınması da buna xidmət edir. Vaşinqton faktiki olaraq İranın ayrı-ayrı istiqamətlərdəki nəqliyyat kommunikasiya əlaqələrini kəsməklə Çin, Rusiya, Hindistan və digər istiqamətlərdəki əlaqəsini bloklayır və bununla da İranı Hörmüzə möhtac buraxmaq istəyir. Odur ki, boğazda vəziyyətin necə sonlanacağı indi daha çox İranın nə qədər dözə biləcəyindən asılı olacaq. Hörmüzdə uzunmüddətli böhran nəhayətdə ABŞ-nin Avropa müttəfiqlərini və boğazdakı problemlər səbəbilə hər gün milyonlar itirən Körfəz ölkələrini də hərəkətə keçməyə məcbur edə bilər ki, bu zaman İranın duruş gətirməsi də olduqca çətin olacaq".

Mənbə
oxu.az