Siyasət

Slovakiyadan Azərbaycana məktəb hədiyyəsi: Prezidentlər təməlqoyma mərasiminə qatıldılar - FOTO

14 Jul 2026, 14:25 3 baxış
Slovakiyadan Azərbaycana məktəb hədiyyəsi: Prezidentlər təməlqoyma mərasiminə qatıldılar - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Ağdam rayonunun Baş Qərvənd kəndində Milan Rastislav Ştefanik adına 840 şagird yerlik tam orta məktəb binasının təməlini qoyublar. Oxu.Az xəbər verir ki, məktəbin ərazisi 3 hektardır. Binada ümumilikdə 35 sinif, texnologiya, hərbi hazırlıq, kompüter otaqları, kitabxana, fizika, biologiya və kimya laboratoriyaları yaradılacaq. Burada, eyni zamanda, akt və idman zalları, bufet və digər zəruri tədris infrastrukturu olacaq. Binanın elektrik təchizatını təmin etmək üçün Günəş panellərinin quraşdırılması nəzərdə tutulur. Məktəbin ərazisində həm şagirdlər, həm də sakinlər üçün qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri yaradılacaq, yaşıllıq zolaqları salınacaq. Qeyd edək ki, Baş Qərvənd kəndinin inşasında Slovakiya şirkətləri iştirak edirlər. Kənddə inşa olunacaq məktəb isə Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunur.
{{gallery}}
Slovakiyadan Azərbaycana məktəb hədiyyəsi: Prezidentlər təməlqoyma mərasiminə qatıldılar - FOTO Slovakiyadan Azərbaycana məktəb hədiyyəsi: Prezidentlər təməlqoyma mərasiminə qatıldılar - FOTO Slovakiyadan Azərbaycana məktəb hədiyyəsi: Prezidentlər təməlqoyma mərasiminə qatıldılar - FOTO Slovakiyadan Azərbaycana məktəb hədiyyəsi: Prezidentlər təməlqoyma mərasiminə qatıldılar - FOTO Slovakiyadan Azərbaycana məktəb hədiyyəsi: Prezidentlər təməlqoyma mərasiminə qatıldılar - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər