Siyasət

Azərbaycan və Böyük Britaniya arasında parlamentlərarası əlaqələr müzakirə edilib

13 Jul 2026, 18:56 2 baxış
Azərbaycan və Böyük Britaniya arasında parlamentlərarası əlaqələr müzakirə edilib
Milli Məclisin sədri Sahibə Qafarova iyulun 13-də Böyük Britaniya parlamentinin üzvü, Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Blekmenlə görüşüb. Oxu.Az-a bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Görüşdə parlamentlərarası əlaqələrin ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm hissələrindən biri olduğu vurğulanaraq, qanunverici orqanlarımız arasında sıx əlaqələrin qurulması və qarşılıqlı təmasların genişləndirilməsindən razılıq bildirilib. Spiker Sahibə Qafarova özünün Britaniyaya səfərlərini və parlamentin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl ilə görüşlərini, həmçinin, parlamentarilər arasında qarşılıqlı səfərləri xatırladaraq qeyd edib ki, bu təmaslar parlamentlərimiz arasında mövcud olan əlaqələrin daha da inkişafına xidmət edir. Tərəflər, həmçinin dostluq qrupları arasında müsbət dialoq və görüşlərin, həmçinin beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın da önəmini vurğulayıblar. Böyük Britaniya Parlamentinin üzvü Bob Blekmen Azərbaycana növbəti səfəri, ölkəmizdə və paytaxt Bakıda gördükləri haqqında müsbət təəssüratlarını bölüşüb. O, Birləşmiş Krallığın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayaraq, bu istiqamətdə parlamentlərin rolunu qeyd edib. Görüşdə, həmçinin hazırda regionda mövcud olan vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesi haqqında da danışılıb. Spiker Sahibə Qafarova qonağa işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən nəhəng yenidənqurma və bərpa işləri haqqında məlumat verib. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
{{gallery}}
Azərbaycan və Böyük Britaniya arasında parlamentlərarası əlaqələr müzakirə edilib Azərbaycan və Böyük Britaniya arasında parlamentlərarası əlaqələr müzakirə edilib Azərbaycan və Böyük Britaniya arasında parlamentlərarası əlaqələr müzakirə edilib Azərbaycan və Böyük Britaniya arasında parlamentlərarası əlaqələr müzakirə edilib
Mənbə oxu.az

Oxşar Xəbərlər