Digər
Fransada anomal istilər: 130 nəfər suda boğuldu
Fransada davam edən ekstremal isti hava şəraiti fonunda son üç həftə ərzində 130-dan çox insan boğularaq həyatını itirib.
Axar.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin idman naziri Marina Ferrari məlumat verib.
Nazir bildirib ki, iyunun 19-dan bəri ölkədə 131 nəfər boğulma hadisəsi qeydə alınıb. Onun sözlərinə görə, bədbəxt hadisələrin qurbanları əsasən 18 yaşınadək yeniyetmələr və 60 yaşdan yuxarı şəxslərdir.
Statistikaya əsasən, dünyasını dəyişənlərin 55%-i çimmək üçün qadağan olunmuş ərazilərə daxil olanlardır. Digər 20% hal isə özəl mülklərdə yerləşən şəxsi hovuzlarda baş verib.
Qeyd edək ki, iyunun ortalarından etibarən Fransada anomal istilər müşahidə olunur.
Mənbə
axar.az