Cəmiyyət
Ucuz torpaq sahələri satışa çıxarıldı: Sotu 162 manata... - QİYMƏTLƏR
Azərbaycanda bələdiyyə torpaqlarının satışı və uzunmüddətli icarəyə verilməsi ilə bağlı növbəti hərracın tarixi açıqlanıb. Oxu.Az Baku.ws-ə istinadla xəbər verir ki, torpaq müsabiqələri və hərracları avqustun 12-də keçiriləcək. Bu dəfə ölkənin müxtəlif rayonlarını əhatə edən ümumilikdə 29 torpaq sahəsi hərraca çıxarılıb. Torpaq sahələri əsasən kənd təsərrüfatı, heyvandarlıq, bağçılıq, fərdi yaşayış evi tikintisi və sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulub. Hərraca çıxarılan torpaqlar Xızı, Siyəzən, Zərdab, Goranboy, Şabran, Xaçmaz, Cəlilabad, Yardımlı, Qobustan, Qax və Balakən rayonlarını əhatə edir. Hərracın diqqətçəkən detalları: - Ən böyük sahə: Xızı rayonunun Sitalçay kəndində yerləşən 110 hektarlıq örüş sahəsidir. 15 il müddətinə heyvandarlıq məqsədilə icarəyə veriləcək bu sahənin ilkin hərrac qiyməti 5 940 manat müəyyən edilib. - Fərdi yaşayış üçün: Xaçmaz (Nağıoba və Qıraqlı kəndləri) və Yardımlı rayonlarında fərdi yaşayış evi tikintisi üçün torpaqlar satışa təqdim olunur. - Sahibkarlıq: Goranboy rayonunun Borsunlu kəndində yerləşən 30 kvadratmetrlik sahibkarlıq təyinatlı torpaq sahəsi də 1 800 manat ilkin qiymətlə hərraca çıxarılıb. Kənd təsərrüfatı ilə məşğul olmaq istəyənlər üçün əkin və örüş sahələri 5 və 15 il müddətinə icarəyə təklif olunur. Qeyd edək ki, hərraclarda iştirak etmək istəyən şəxslər torpaq sahələri ilə bağlı ətraflı məlumatı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq ərazi şöbələrindən və ya bələdiyyələrdən əldə edə bilərlər.
| Ərazi | Qurum | Əməliyyat | Sahə | Təyinat | İlkin qiymət (AZN) |
|---|---|---|---|---|---|
| Xızı, Şorabad | Giləzi Bələdiyyəsi | 15 illik icarə | 3 ha | Heyvandarlıq | 162 |
| Xızı, Sitalçay | Giləzi Bələdiyyəsi | 15 illik icarə | 110 ha | Heyvandarlıq | 5 940 |
| Siyəzən, Tuğay | Yenikənd Bələdiyyəsi | 15 illik icarə | 5 000 kv.m | Kənd təsərrüfatı istehsalı | 55 |
| Zərdab, Bıçaqçı | Bıçaqçı Bələdiyyəsi | 15 illik icarə | 2 ha | Kənd təsərrüfatı istehsalı | 300 |
| Zərdab, Bıçaqçı | Bıçaqçı Bələdiyyəsi | 15 illik icarə | 1,3 ha | Kənd təsərrüfatı istehsalı | 195 |
| Zərdab, İsaqbağı | Dəkkəoba Bələdiyyəsi | 15 illik icarə | 1 ha | Heyvandarlıq | 130 |
| Goranboy, Borsunlu | Borsunlu Bələdiyyəsi | Satış | 30 kv.m | Sahibkarlıq | 1 800 |
| Şabran, Pirəmsən | Gəndov Bələdiyyəsi | 15 illik icarə | 3 ha | Heyvandarlıq | 360 |
| Şabran, Rəhimli | Rəhimli Bələdiyyəsi | 15 illik icarə | 1,94 ha | Kənd təsərrüfatı istehsalı | 194 |
| Xaçmaz, Dədəli | Qusarçay Bələdiyyəsi | 15 illik icarə | 3,9 ha | Kənd təsərrüfatı istehsalı | 487 |
| Xaçmaz, Sibiroba | Qusarçay Bələdiyyəsi | 15 illik icarə | 4 ha | Kənd təsərrüfatı istehsalı | 500 |
| Xaçmaz, Nağıoba | Qusarçay Bələdiyyəsi | Satış | 430 kv.m | Fərdi yaşayış evi | 2 266 |
| Xaçmaz, Nağıoba | Qusarçay Bələdiyyəsi | Satış | 1 200 kv.m | Fərdi yaşayış evi | 6 324 |
| Xaçmaz, Nağıoba | Qusarçay Bələdiyyəsi | Satış | 1 200 kv.m | Fərdi yaşayış evi | 6 324 |
| Xaçmaz, Nağıoba | Qusarçay Bələdiyyəsi | Satış | 1 200 kv.m | Fərdi yaşayış evi | 6 324 |
| Xaçmaz, Nağıoba | Qusarçay Bələdiyyəsi | Satış | 1 200 kv.m | Fərdi yaşayış evi | 6 328 |
| Xaçmaz, Qıraqlı | Nərəcan Bələdiyyəsi | Satış | 547 kv.m | Fərdi yaşayış evi | 3 610 |
| Xaçmaz, Meçitoba | Nərəcan Bələdiyyəsi | 15 illik icarə | 7 000 kv.m | Kənd təsərrüfatı istehsalı | 140 |
| Xaçmaz, Yataqoba | Nərəcan Bələdiyyəsi | 15 illik icarə | 1,43 ha | Kənd təsərrüfatı istehsalı | 286 |
| Cəlilabad, Seyidbazar | Cəlilabad Bələdiyyəsi | 15 illik icarə | 1,34 ha | Kənd təsərrüfatı istehsalı | 382 |
| Yardımlı, Gilar | Şəfəqli Bələdiyyəsi | Satış | 521 kv.m | Fərdi yaşayış evi | 2 100 |
| Qobustan, Bəklə | Cəyirli Bələdiyyəsi | 15 illik icarə | 2,67 ha | Kənd təsərrüfatı istehsalı | 267 |
| Qobustan, Bəklə | Cəyirli Bələdiyyəsi | 15 illik icarə | 2,6 ha | Kənd təsərrüfatı istehsalı | 260 |
| Qax, Uzuntala | Qaxbaş Bələdiyyəsi | 5 illik icarə | 7,76 ha | Kənd təsərrüfatı istehsalı | 1 552 |
| Qax, Uzuntala | Qaxbaş Bələdiyyəsi | 5 illik icarə | 1,95 ha | Kənd təsərrüfatı istehsalı | 390 |
| Qax, Uzuntala | Qaxbaş Bələdiyyəsi | 5 illik icarə | 1,63 ha | Kənd təsərrüfatı istehsalı | 326 |
| Qax, Uzuntala | Qaxbaş Bələdiyyəsi | 5 illik icarə | 4,30 ha | Kənd təsərrüfatı istehsalı | 860 |
| Balakən, Püştətala | Kortala Bələdiyyəsi | 15 illik icarə | 8 000 kv.m | Bağçılıq | 240 |
| Balakən, Püştətala | Kortala Bələdiyyəsi | 15 illik icarə | 4 100 kv.m | Bağçılıq | 123 |
Mənbə
oxu.az