Dünya
Vuçiç istefa verəcəyini vəd etdi
Serbiya Prezidenti Aleksandar Vuçiç parlament seçkisinin tarixini elan etdikdən bir gün sonra vəzifəsindən gedəcəyini bəyan edib. Seçkinin 2026-cı ilin payızında keçiriləcəyi gözlənilir. bu barədə "TV Pink" telekanalına istinadən xəbər verir. "Respublika prezidenti kimi mən parlament seçkisinin keçiriləcəyini elan etməliyəm, bundan bir neçə gün sonra isə istefa verəcəyəm", - deyə Vuçiç müsahibəsində bildirib. Prezident eyni zamanda qeyd edib ki, artıq kabinetindəki şəxsi əşyalarını yığmağa başlayıb. Qeyd edək ki, Aleksandar Vuçiç ilk dəfə 2017-ci ildə Serbiya prezidenti seçilib. 2022-ci ildə o, ikinci müddətə yenidən prezident seçilib. Onun hazırkı səlahiyyət müddəti 2027-ci ilin yazında başa çatmalı idi.
Mənbə
oxu.az