Digər
Rusiya məğlub olur, Ermənistana qarşı... - Saakaşvili
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Rusiyanın Ukraynadakı müharibədə uğur qazana bilmədiyini və Kremlin diqqətini regiona yönəldə biləcəyini iddia edib.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Saakaşvilinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynada məğlub olur və buna görə də növbəti mərhələdə Belarus, Gürcüstan və Ermənistana qarşı ekspansion siyasət yürütməyə cəhd göstərə bilər.
Sabiq prezident hesab edir ki, region ölkələri mümkün təhlükələrə qarşı hazırlıqlı olmalı və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı gücləndirməlidirlər.
Mənbə
axar.az