Dünya
Həyat yoldaşından boşanacağına dair iddialar yayılan Kıvanç Tatlıtuğ ikinci dəfə ata olur - FOTO
Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ ikinci dəfə ata olmağa hazırlaşır. Ötən aylarda boşanacaqları ilə bağlı iddialar yayılan cütlük xoş xəbəri bölüşüb. Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir. Məlumata görə, Kıvanç Tatlıtuğun həyat yoldaşı Başak Dizer beş aylıq hamilədir. Artıq körpənin cinsi də məlumdur. 49 yaşlı Dizer bu dəfə qız övladı dünyaya gətirəcək. Xatırladaq ki, 2016-cı ildə Parisdə ailə quran cütlüyün 2022-ci ildə Kurt Efe adlı oğulları dünyaya gəlib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az