Cəmiyyət
"Qayınanam yeməyi əlimdən aldı ki, sən qazanmısan ki?!" - Elnarə Əmiraslanovadan ailə dərsi - VİDEO
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı qərbi azərbaycanlı Elnarə Əmiraslanova olub. Ailə dəyərlərinin qorunmasının vacibliyindən danışan qonaq gəlin, qayınana və qayınata münasibətlərində hörmət çərçivəsinin mütləq qorunmalı olduğunu vurğulayıb.
O, sosial şəbəkədə rastlaşdığı bir görüntünü xatırladaraq etirazını bildirib: "Bu yaxınlarda qarşıma bir video çıxdı. Qayınata gəlini qucağına alıb fırladırdı. Mən belə hərəkətlərin əleyhinəyəm. Deyirlər ki, qayınata da atadır. Xeyr, qayınata ata deyil, qayınatadır. Arada bir pərdə və hörmət olmalıdır". Qonaq qayınanası ilə bağlı xatirələrini də bölüşüb. O, bir dəfə qonşunun ondan bir stəkan düyü istədiyini, lakin düyünü apararkən qayınanasının stəkanı onun əlindən aldığını deyib: "Qayınanam soruşdu: "Bunu sən qazanmısan?" Dedim ki, yox. Dedi ki, nə vaxt özün qazansan, onda kiməsə verərsən. Sonra düyünü özü qonşuya verdi. Bununla mənə başa saldı ki, evdə böyük var və müəyyən məsələlərdə əvvəlcə onunla məsləhətləşməliyəm". Altı il əvvəl həyat yoldaşını itirən E.Əmiraslanova yaşadığı ağır kədəri belə ifadə edib: "Həyat yoldaşım dünyasını dəyişəndən sonra heç nə dəyişmədi. Mən qadın olaraq sanki onunla bərabər özümü də qəbirə qoydum".

Mənbə
oxu.az