Digər
ABŞ Əli Ənsariyə sanksiya tətbiq etdi
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan İran vətəndaşı, maliyyəçi Əli Ənsari İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Müctəba Xameneyi ilə əlaqədə ittiham olunaraq sanksiya siyahısına salınıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) məlumat yayıb.
Bundan əlavə, İrandakı valyuta mübadiləsi və pul köçürmələri şirkətləri ilə əlaqəli olan Məhəmməd Dərbani, Şükufə Rüstəmabadi, Möhsün Xəndan, Əliəsgər Xəndan, Əhməd və Əmir Nəvayi Ləvəsani, həmçinin Zəhra Sərşari də sanksiya siyahısına daxil ediliblər.
Mənbə
axar.az