Dünya

Çin tarixi uğura imza atdı: Raketin birinci pilləsi dəniz platformasına uğurla endi - VİDEO

11 Jul 2026, 02:00 2 baxış
Çin tarixi uğura imza atdı: Raketin birinci pilləsi dəniz platformasına uğurla endi - VİDEO
Çin kosmik sənayesində mühüm bir yeniliyə imza atıb. İlk dəfə olaraq kosmik daşıyıcı raketin birinci pilləsi dəniz platformasına idarəolunan şəkildə qaytarılıb. Oxu.Az xəbər verir ki, Bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Məlumata görə, "CZ-10B" ("Long March 10B") daşıyıcı raketi Haynan adasındakı kosmodromdan fəzaya buraxılıb. Birinci və ikinci pillələrin ayrılmasından təxminən altı dəqiqə sonra, raketin sürətləndirici bloku şaquli vəziyyətdə dəniz platformasına tənzimlənən eniş edib. Bu missiya Çin üçün raketin birinci pilləsinin idarəolunan şəkildə geri qaytarılması sahəsində ilk uğurlu təcrübədir. Bundan əlavə, dünya praktikasında ilk dəfə olaraq eniş üçün xüsusi şəbəkə sistemi ilə təchiz edilmiş dəniz platformasından istifadə olunub. Agentlik bildirir ki, bu nailiyyət çoxdəfəlik istifadə olunan raket texnologiyaları sahəsində Çin üçün tarixi irəliləyişdir və ölkənin kosmosun mənimsənilməsi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Qeyd edək ki, maye yanacaqla işləyən ikipilləli "CZ-10B" raketi Çin Raket Texnikası Tədqiqat İnstitutu tərəfindən layihələndirilib. Raketin birinci pilləsində yanacaq kimi maye oksigen və kerosin, ikinci pilləsində isə maye oksigen və metan istifadə olunur. Çapı 5 metr, uzunluğu 63 metr olan raketin start kütləsi 760 tondur.
Mənbə oxu.az

Oxşar Xəbərlər