Cəmiyyət

Balakəndə sel: 400-dən çox ev su altında qaldı - VİDEO

11 Jul 2026, 02:12 2 baxış
Balakəndə sel: 400-dən çox ev su altında qaldı - VİDEO
Balakən rayonunun İtitala kəndində yağan güclü yağışlar sakinləri üçün ciddi çətinliklər yaradıb. Baku TV-nin məlumatına görə, sel suları kəndin bir çox ərazisinə ziyan vuraraq insanların gündəlik həyatını iflic edib. Məlumata əsasən, kənddə 400-dən çox evin həyəti və zirzəmisi su altında qalıb.

Sakinlərdən biri bildirib ki, yaranmış problemlə bağlı kömək gözləyirlər: "Heç kim gəlmir, kömək etmir, nə edək?" Kənd sakinləri ərazidə yaranan vəziyyətin aradan qaldırılması üçün aidiyyəti qurumların dəstəyinə ehtiyac olduğunu bildirirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər