İdman

UFC döyüşçüləri Bakıda azarkeşlərlə görüşüblər

24 Jun 2026, 19:52 3 baxış
UFC döyüşçüləri Bakıda azarkeşlərlə görüşüblər
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ərəfəsində idmançıların açıq məşqi və fan-zona təşkil olunub. Oxu.Az "Report"a istinadən xəbər verir ki, tədbir Dənizkənarı Milli Parkda baş tutub. Açıq məşqdə "UFC Fight Night Baku" turnirinin əsas döyüşünün iştirakçıları - azərbaycanlı Rafael Fiziyev və meksikalı Manuel Torres, gecənin ikinci əsas qarşılaşmasının iştirakçısı Şarabutdin Maqomedov ("Shara Bullet"), eləcə də yerli döyüşçülər - Nazim Sadıxov və Fərman Həsənov iştirak ediblər. Tədbir zamanı hər bir döyüşçü 10 dəqiqəlik nümayiş məşqi keçib, daha sonra azarkeşlərin suallarını cavablandırıblar. Xatırladaq ki, "UFC Fight Night" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.
{{gallery}}
UFC döyüşçüləri Bakıda azarkeşlərlə görüşüblər UFC döyüşçüləri Bakıda azarkeşlərlə görüşüblər
Mənbə oxu.az

Oxşar Xəbərlər