İdman

ABŞ-li Olimpiya çempionu narkotik ittihamı ilə saxlanıldı

24 Jun 2026, 18:16 2 baxış
ABŞ-li Olimpiya çempionu narkotik ittihamı ilə saxlanıldı
2010-cu ildə keçirilmiş Olimpiya Oyunlarının qalibi olan ABŞ-li dağ xizəkçisi Bode Miller narkotik maddələr saxlamaq ittihamı ilə nəzarətə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb. İdmançının üzərindən tərkibində 4.1 qram hallüsinogen göbələk (tərkibində psilosibin və psilosin kimi psixoaktiv maddələr olan, qəbul edildikdə insanın reallıq qavrayışını dəyişdirən, vizual və ya eşitmə hallüsinasiyalarına (mövcud olmayan şeylərin görülməsi/eşidilməsi) səbəb olan göbələklər qrupudur) olan bağlama tapılıb. Məhkəmə orqanları tərəfindən ona qarşı həm narkotik vasitələrin, həm də onların istifadəsi üçün nəzərdə tutulan ləvazimatların saxlanılması ilə bağlı iki fərqli maddə üzrə ittiham irəli sürülüb. Lakin Miller özünü təqsirkar bilməyib. 48 yaşlı tanınmış idmançı karyerası ərzində dörd dəfə dünya çempionu olub və iki dəfə Dünya Kubokunun qalibi adına sahib çıxıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər