İdman

"Sabah"ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

22 Jun 2026, 12:40 16 baxış
"Sabah"ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
"Sabah"ın Avstriya toplanışındakı rəqibləri bəlli olub. Oxu.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan "Sabah" hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Komandanın ilk rəqibi Rumıniyanın "Universitatya Krayova" klubu olacaq. Matç iyunun 24-də keçiriləcək. "Sabah" iyunun 28-də Macarıstanın "Ferentsvaroş", iyulun 2-də isə Ukraynanın "Polissya" komandaları ilə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər