İdman

DÇ-2026: Belçika və İran oyununda qalib müəyyənləşmədi - VİDEO

22 Jun 2026, 01:10 2 baxış
DÇ-2026: Belçika və İran oyununda qalib müəyyənləşmədi - VİDEO
2026-cı il futbol üzrə dünya çempionatının G qrupunda 2-ci turun Belçika və İran yığmaları arasında keçirilən görüş başa çatıb. Oxu.Az xəbər verir ki, ABŞ-nin İnglvud şəhərində yerləşən "SoFi" stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib - 0:0. Matçın baş hakimi argentinalı Dario Errera olub. Görüşün 25-ci dəqiqəsində Mehdi Taremi İran millisinin heyətində hesabı açıb. Lakin VAR sisteminə baxışdan sonra qol ləğv edilib.
67-ci dəqiqədə Belçika yığmasının futbolçusu Natan Nqoy qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu nəticədən sonra Belçika və İranın aktivində 2 xal var. Yeni Zelandiya və Misirin isə hərəyə 1 xalı mövcuddur.
Mənbə oxu.az

Oxşar Xəbərlər