İdman
Azərbaycanın çimərlik güləşçiləri Batumidə iki medal qazanıblar
Gürcüstanın Batumi şəhərində çimərlik güləşi üzrə dünya seriyasının III mərhələsi keçirilib. Oxu.Az xəbər verir ki, Azərbaycan millisinin heyətində Rübail İbrahimli (70 kq), Sahib Dadaşov və Vüsal Əliyev (hər ikisi 80 kq), Əşrəf Aşırov və İlqar Nəzərli (hər ikisi 90 kq), habelə İslam İlyasov (+90 kq) mübarizə aparıblar. Onlardan ikisi fəxri kürsüyə qalxmağı bacarıb. Əşrəf Aşırov (90 kq) uğurlu çıxış edərək yarışın qalibi olub. Bununla da güləşçimiz ilk mərhələdəki nəticəsini təkrarlayıb. Xatırladaq ki, Aşırov Vyetnamın Dananq şəhərində keçirilən analoji yarışda da çempion olmuşdu. Vüsal Əliyev (80 kq) isə Batumidə bürünc medal qazanıb. Qeyd edək ki, dünya seriyasında ölkəmizi I-S dərəcəli hakim Bəşir İsazadə təmsil edib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az