İdman
İran mundiallar tarixinin ən yaşlı start heyətini meydana buraxıb
İran millisi 2026-cı il dünya çempionatının G qrupunda Belçikaya qarşı keçirilən 2-ci tur oyununda mundiallar tarixinin ən yaşlı start heyətini meydana buraxıb. Oxu.Az xəbər verir ki, bu barədə "Opta Sports" məlumat yayıb. İlk dəqiqələrdən meydançaya çıxan İran futbolçularının orta yaşı 32 il 181 gün təşkil edib ki, bu da dünya çempionatları tarixində rekord göstəricidir. İran millisinin start heyətində ən gənc futbolçu "Rostov"un hücumçusu Məhəmməd Möhəbbi olub. Onun 27 yaşı var. Qeyd edək ki, ilk turdan sonra G qrupunun bütün iştirakçılarının hesabında bir xal var. 3-cü turda Belçika millisi Yeni Zelandiya ilə, İran yığması isə Misirlə qarşılaşacaq. Hər iki oyun iyunun 27-də keçiriləcək.
Mənbə
oxu.az