İdman

İran millisi tarixə düşdü: Ən yaşlı heyət...

22 Jun 2026, 00:48 2 baxış
İran millisi tarixə düşdü: Ən yaşlı heyət...

İran millisi dünya çempionatları tarixində ən yaşlı heyətlə meydana çıxıb.


Axar.az xəbər verir ki, 2026-cı il DÇ-nin qrup mərhələsinin ikinci turunda Belçikaya qarşı start heyətində yer alan İran oyunçularının orta yaşı 32 il 181 gündür.


Yalnız üç İran oyunçusu - müdafiəçi Saleh Hardani (27 il 177 gün), hücumçu Məhəmməd Mohebi (27 il 183 gün) və yarımmüdafiəçi Səid İzzətullahi (29 il 263 gün) 30 yaşdan kiçikdir.


Əvvəlki rekord 1998-ci ildən bəri Almaniyaya məxsus idi.


Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. İlk dəfə 48 komandanın iştirak etdiyi turnir 19 iyulda başa çatacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər