İdman

DÇ-2026: İspaniyadan darmadağın - VİDEO

21 Jun 2026, 22:12 2 baxış
DÇ-2026: İspaniyadan darmadağın - VİDEO
2026-cı il futbol üzrə dünya çempionatının H qrupunda 2-ci turun İspaniya və Səudiyyə Ərəbistanı yığmaları arasında keçirilən oyun başa çatıb. Oxu.Az xəbər verir ki, ABŞ-nin Atlanta şəhərindəki "Mercedes-Benz Stadium"da keçirilən qarşılaşmada İspaniya millisi 4:0 hesabı ilə qələbə qazanıb. Görüşün baş hakimi braziliyalı Rafael Klaus olub.
Matçda hesabı İspaniya millisinin vingeri Lamin Yamal 10-cu dəqiqədə açıb. Bu qol futbolçu üçün dünya çempionatlarında ilk olub. İspaniya yığmasının hücumçusu Mikel Oyarsabal 21-ci dəqiqədə komandasının üstünlüyünü artırıb. Üç dəqiqə sonra isə dubl edib. Səudiyyə Ərəbistanı millisinin müdafiəçisi Həsən Əl-Tambakti 49-cu dəqiqədə avtoqola imza ataraq yekun hesabı müəyyənləşdirib - 4:0. 2-ci turun nəticələrindən sonra İspaniya millisi 4 xal toplayaraq H qrupunun turnir cədvəlinə başçılıq edir. Səudiyyə Ərəbistanı isə 1 xalla dördüncü pillədə qərarlaşıb. 3-cü turda İspaniya yığması Uruqvayla (27 iyun), Səudiyyə Ərəbistanı isə həmin gün Kabo-Verde ilə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər