İdman
Azərbaycanın qadın akrobatları dünya kuboku seriyasının qalibi oldular
Azərbaycanın akrobatika gimnastikası üzrə qadın qrupu - Anahita Başiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidova dünya kuboku seriyasının qalibi adını qazanıblar. Azərbaycan Gimnastika Federasiyasından Oxu.Az-a verilən məlumata görə, idmançılarımız bu möhtəşəm uğura mövsüm ərzində nümayiş etdirdikləri yüksək və stabil çıxışları sayəsində imza atıblar. Beləliklə, gimnastlarımız beynəlxalq yarışda ölkəmizi layiqincə təmsil edərək zirvədə qərarlaşıblar.
Mənbə
oxu.az