İdman

"Latsio"nun sabiq bombardiri xərçəngə məğlub oldu - FOTO

19 Jun 2026, 16:00 3 baxış
"Latsio"nun sabiq bombardiri xərçəngə məğlub oldu - FOTO
İtaliyanın "Latsio" futbol klubunun sabiq hücumçusu İqor Protti 58 yaşında dünyasını dəyişib. Oxu.Az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, həkimlər 2025-ci ilin iyun ayında tanınmış futbolçuya bağırsaq xərçəngi diaqnozu qoymuşdular. Klubun yaydığı bəyanatda sabiq oyunçunun xatirəsi anılıb: "A, B və C Seriyasının ən yaxşı bombardiri bütün azarkeşlərin qəlbini fəth etmiş, unudulmaz qollara imza atmışdı. O, həm yaşıl meydanlarda, həm də xəstəliklə mübarizə apardığı dönəmdə əsl nümunə idi". Qeyd edək ki, İ.Protti 1996-1997 və 1998-ci illərdə "Latsio"nun formasını geyinib. Peşəkar karyerası ərzində hücumçu "Livorno", "Bari", "Napoli", "Messina" kimi bir çox İtaliya klublarının da uğurları üçün tər töküb. Forvard 1995/96 mövsümündə "Bari"nin heyətində rəqib qapılarından 24 top keçirərək A Seriyasının bombardiri adını qazanıb. Hücumçu həmçinin 1998-ci ildə İtaliya Superkubokunun qalibi olub.
"Latsio"nun sabiq bombardiri xərçəngə məğlub oldu - FOTO "Latsio"nun sabiq bombardiri xərçəngə məğlub oldu - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər