İdman
"Qarabağ"ın oyunu ləğv edildi - SƏBƏB
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının planlarında gözlənilməz dəyişiklik edib. Oxu.Az xəbər verir ki, bu barədə Sofiya təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb. Məlumata görə, iyunun 27-də Avstriyada "Qarabağ"a qarşı keçirilməsi planlaşdırılan yoxlama görüşü ləğv olunub. Bu addımın atılmasına hər iki komandanın UEFA Avropa Liqasında bir-birinə rəqib olmaq ehtimalı səbəb kimi göstərilib. Belə ki, tərəflər Avropa Liqasında ilk mərhələ səddini uğurla keçəcəkləri təqdirdə, növbəti raundda rəsmi olaraq üz-üzə gələ bilərlər. Xatırladaq ki, "Qarabağ" iyunun 22-də Avstriyaya yollanacaq. Komanda Tirol əyalətində iyulun 2-dək hazırlıq keçəcək.
Mənbə
oxu.az