İdman

Qurbanov Yankoviçlə bağlı qərarını verdi

19 Jun 2026, 13:58 4 baxış
Qurbanov Yankoviçlə bağlı qərarını verdi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov heyətin əsas üzvlərindən olan futbolçunu buraxmaq istəmir.


Axar.az İdmanxeber.az-a istinadla xəbər verir ki, söhbət Marko Yankoviçdən gedir.


Futbolçuya başqa ölkələrdən təkliflər olsa da, təcrübəli mütəxəssis onun komandada qalmasını istəyir. Bu səbəbdən də Yankoviçlə bağlı bütün təkliflər geri çevriləcək.


Qurban Qurbanov monteneqrolu futbolçunun yerinin çətin dolacağını düşünür. Ona görə də onun satılmasına razılıq verməyib.


O, 2022-ci ildən Ağdam təmsilçisində çıxış edir. Futbolçu cari mövsüm "Qarabağ" forması ilə 39 oyunda forma geyinib, 4 qol vurub və 3 assist edib.

Mənbə axar.az

Oxşar Xəbərlər