İdman
"Qarabağ"ın oyunu ləğv edildi - Səbəb
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının planlarında gözlənilməz dəyişiklik edib.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Sofiya təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb.
Məlumata görə, iyunun 27-də Avstriyada "Qarabağ"a qarşı keçirilməsi planlaşdırılan yoxlama görüşü ləğv olunub. Bu addımın atılmasına hər iki komandanın UEFA Avropa Liqasında bir-birinə rəqib olmaq ehtimalı səbəb kimi göstərilib.
Belə ki, tərəflər Avropa Liqasında ilk mərhələ səddini uğurla keçəcəkləri təqdirdə, növbəti raundda rəsmi olaraq üz-üzə gələ bilərlər.
Xatırladaq ki, "Qarabağ" iyunun 22-də Avstriyaya yollanacaq. Komanda Tirol əyalətində iyulun 2-dək hazırlıq keçəcək.
Mənbə
axar.az