İdman

Mühafizəçilər tanınmış futbolçunu təlim-məşq bazasına buraxmaqdan imtina etdilər

19 Jun 2026, 12:40 1 baxış
Mühafizəçilər tanınmış futbolçunu təlim-məşq bazasına buraxmaqdan imtina etdilər
İspaniya millisinin hücumçusu Borxa İqlesias təlim-məşq zonasına buraxılmayıb. Oxu.Az "El Chiringuito" nəşrinə istinadən xəbər verir ki, mühafizə xidmətinin əməkdaşları İspaniya milli komandasının hücumçusu Borxa İqlesiası tanımayıblar və onu axşam gəzintisindən qayıdarkən bir müddət "Furiya Roxa"nın təlim-məşq bazasına buraxmaqdan imtina ediblər. İqlesias mühafizəçilərə, "Mən milli komandanın oyunçusuyam və içəri daxil olmalıyam. Mən Borxa İqlesiasam", - deyə müraciət edib. Qeyd olunur ki, yaranmış vəziyyətdən çıxış yolu tapmaq və bazaya daxil ola bilmək üçün tanınmış futbolçu məcbur qalıb milli komandanın inzibatçısına zəng edərək ondan kömək istəyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər