İdman
Dünya çempionatında həyəcan davam edir: Türkiyə, Braziliya və ABŞ meydana çıxır
Futbol üzrə dünya çempionatında ikinci turun oyunları davam edir. Oxu.Az xəbər verir ki, qrup mərhələsinin növbəti turu çərçivəsində yaşıl meydanlarda futbol azarkeşlərini bir-birindən maraqlı qarşılaşmalar gözləyir. D qrupunda günün ən diqqətçəkən duellərindən biri ABŞ və Avstraliya yığmaları arasında baş tutacaq. Bu qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq. Həmin qrupun digər vacib görüşündə isə Türkiyə və Qətər milliləri üz-üzə gələcəklər. Azarkeşlərin maraqla gözlədiyi bu matça iyunun 20-də, saat 07:00-da start veriləcək. C qrupunun mübarizəsinə gəldikdə, iyunun 20-də gecə saat 02:00-da Şotlandiya və Mərakeş milliləri meydana çıxacaq, saat 04:30-da isə Braziliya və Haiti yığmalarının qarşılaşması baş tutacaq. Dünya çempionatı II tur C qrupu 20 iyun 02:00. Şotlandiya - Mərakeş 04:30. Braziliya - Haiti D qrupu 19 iyun 23:00. ABŞ - Avstraliya 20 iyun 07:00. Türkiyə - Qətər Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.
Mənbə
oxu.az