İdman
Məğlubiyyətə rəğmən nümunəvi addım: Özbəkistan yığması soyunub-geyinmə otağını necə tərk etdi?
Özbəkistan milli komandasının futbolçuları DÇ-2026 çərçivəsində Kolumbiya ilə qarşılaşmadan sonra Yaponiya yığmasının məşhur ənənəsini təkrarlayaraq soyunub-geyinmə otağını təmizləyiblər. Oxu.Az xəbər verir ki, bu barədə Özbəkistan Futbol Assosiasiyasının (ÖFA) "Telegram" kanalında məlumat paylaşılıb. "Çox sağ ol, Meksika! Dünya çempionatında uğurlar. Təşəkkürlər", - deyə komanda nümayəndələri soyunub-geyinmə otağındakı lövhədə özbək və ispan dillərində xüsusi mesaj qoyublar. Bununla yanaşı, onlar Özbəkistan yığmasının dünya çempionatları tarixindəki ilk matçına ev sahibliyi etdiyi üçün ölkəyə və "Azteka" stadionuna minnətdarlıqlarını bildiriblər. Xatırladaq ki, iyunun 18-də baş tutan qarşılaşmada Özbəkistan yığması Kolumbiyaya 1:3 hesabı ilə məğlub olub və hazırda K qrupunda sonuncu pillədə qərarlaşıb. Növbəti turda Fabio Kannavaronun yetirmələri Portuqaliya komandası ilə üz-üzə gələcəklər.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az