İdman

"Torpedo" səddi keçilərsə: "Zirə"ni II mərhələdə hansı klublar gözləyir?

17 Jun 2026, 17:28 1 baxış
"Torpedo" səddi keçilərsə: "Zirə"ni II mərhələdə hansı klublar gözləyir?
"Zirə"nin UEFA Konfrans Liqasının 2026/27 mövsümündə mübarizə aparacağı II təsnifat mərhələsi üzrə ehtimal edilən rəqiblərinin adlarına aydınlıq gəlib. Oxu.Az xəbər verir ki, baş məşqçi Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" klubunun müqavimətini qıra bilsə, növbəti raundda "Heqelman" (Litva) - "Payde" (Estoniya) cütünün güclüsü ilə yaşıl meydanda münasibətlərinə aydınlıq gətirəcək. Xatırladaq ki, UEFA Konfrans Liqasının 2026/27 mövsümünün II təsnifat mərhələsini əhatə edən qarşılaşmaların iyul ayının 23-də və 30-da təşkili planlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər